

|
Forum haqqında Milli İnternet forum 2 gün ərzində keçiriləcək (03.12.09 - 04.12.09). Birinci gün Azərbaycanda İnternet sektorunun inkişafı perspektivləri, İnternet TV və İnternet radio, İnternetdə sosial şəbəkələr, ölkədə texnoparkın yaradılmasının məqsədəuyğunluğu, axtarış texnologiyaları üzrə yerli həll yolları, İnternetdə reklam şəbəkələr, İnternet biznes (“Yeni iqtisadiyyat” oyununun qaydalrı, elektron ticarət və s.) kimi bir çox suallar müzakirə olunacaq. Tədbirin ikinci günündə forumdan əvvəl bir ay ərzində keçiriləcək müsabiqənin iştirakçıları mükafatlandırılacaq. Bu müsabiqədə gənc mütəxəssislər iştirak edəcəklər. Bir ay ərzində YUMROO “İrəli” Gənclər Hərəkatı ilə birgə Bakı Universitetlərinin tələbələri ilə çox saylı görüşlərin keçirilməsini təşkil edəcək. Görüş zamanı müsabiqənin şərtləri açıqlanacaq və iştirak üçün tələbələr cəlb ediləcəklər. Müsabiqənin məqsədi İnternet texnologiyalar sahəsində gənc istedadların aşkar edilməsidir. |